BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə verdiyi mesajlardan bəzi dairələr paylarını götürüblər” - RƏY

"Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqdan sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq səfərlərə gedir. Səfərlər zamanı xalqımız və dünya ictimaiyyəti erməni vandalizminin nümunələri ilə bir daha tanış olur və Prezident nitq söyləyərək xüsusilə bir sıra xarici dövlətlərə ciddi mesajlar verir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

 

Deputat bildirib ki, müəyyən dairələr verilən mesajlardan öz paylarını götürüblər: "İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin davamlı olaraq həyata keçirildiyinin şahidi oluruq. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir. Prezident İlham Əliyevin səfərlər çərçivəsində verdiyi mesajlar müəyyən dairələrə ünvanlanıb. Son vaxtlar Azərbaycanın zəfərini həzm edə bilməyən bəzi qüvvələr, xüsusilə də qonşu İran dövlətinin ölkəmizə qarşı əsassız ittihamları qəbuledilməzdir. İranın Azərbaycana qarşı ittihamları uydurmadır, heç bir fakta əsaslanmır və qərəzlidir. Cənab Prezident İranla sərhəddə yerləşən Zəngilan şəhərinə səfəri zamanı da bir sıra ciddi mesajlar verdi. Qeyd etdi ki, biz Zəngəzur dəhlizinin açılmasını reallığa çevirmişik, dünya siyasi leksikonuna daxil etmişik. Həmçinin vurğulandı ki, Zəngəzur dəhlizi ilə bağlı bir sıra əməli-praktik işlər görülür. Bütün bunlar Prezident İlham Əliyevin müstəqil siyasət yürütdüyünün sübutudur. Heç kim Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürütməyə davam edəcək. Dövlətimiz qarşıya qoyduğu hədəflərə çatmaq üçün daim inamlı addımlar atacaq. Prezident qeyd etdi ki, istənilən vaxt qeyri-bərabər mübarizəyə hazırıq və bizi heç kim çəkindirə bilməz. Təkrar edirəm, Azərbaycanı haqq yolundan heç kim döndərə bilməz".

 

Nəzrin Cavid

Tarix: 21 Oktyabr 2021, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin