BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadın futbolçularımız uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda III turda Monteneqronun qonağı olub.

 

Podqoritsa şəhərində keçirilmiş qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

3 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Monteneqro isə 6 xalla ilk 3 sıranı bölüşür.

 

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 26-da Bakıda Maltaya qarşı keçirəcək.

Tarix: 21 Oktyabr 2021, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin