BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya “3+3” mexanizminin tez işə salınmasının tərəfdarıdır”

“Rusiya bütün iştirakçıların maraqları naminə “3+3” regional mexanizminin mümkün qədər tez işə salınmasının tərəfdarıdır”.

Pravda az xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib. 

“İnanırıq ki, bu, dövlətlərarası münasibətlərə inamı artırmağa, mövcud ziddiyyətləri həll etməyə və iqtisadi, nəqliyyat, humanitar potensialı ortaya qoymağa kömək edəcək”, -  deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, “3+3” mexanizminin yaradılması ideyası Azərbaycan və türkiyə prezidentləri tərəfindən irəli sürülüb, Rusiya da öz növbəsində bu təşəbbüsü dəstəkləyib. Zaxarova qeyd edib ki, Rusiya çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatının bütün perspektiv iştirakçıların maraqlarına tamamilə cavab verdiyini düşünür.

 

Tarix: 21 Oktyabr 2021, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin