BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident iki icra başçısının yerini dəyişdirdi

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, Prezident İlham Əliyev Şahin Kərim oğlu Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısının imzaladığı növbəti sərəncamla Rafil İsrafil oğlu Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Digər sərəncamla R. Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Prezidentin imzaladığı  sərəncamla Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tarix: 20 Noyabr 2019, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin