BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentlə xanımı hansı radionu dinləyirdi? - VİDEO

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Prezident İlham Əliyevin "Ey Vətən" mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.

 

Pravda.az-ın xəbərinə görə, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik “Azərbaycan radiosu”nundur.

 

Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən və  “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.

 

Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.

 

Tarix: 22 Oktyabr 2021, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin