BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün neçə nəfər peyvənd olundu?

Azərbaycanda son sutkada koronavirus əleyhinə 30 886 vaksin vurulub.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə 14 112 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə isə 4 296 058 nəfər təşkil edir.

Tarix: 22 Oktyabr 2021, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin