Bacısının elçilik mərasimi zamanı onu öldürüb, sevgilisini bıçaqlayan şəxs məhkəmədə törətdiyi cinayətin detallarını danışıb.
Pravda.az xəbər verir ki, hadisə bu il fevralın 13-də Tərtərin Buruc kəndində baş verib.
30 yaşlı Ayxan Dadaşov (ad şərtidir) bacısı Röya Kazımovanın (ad şərtidir) boğazını kəsərək qətlə yetirib.
Məhkəmədə dindirilən A.Dadaşov bildirib ki, bacısı iki il əvvəl evlənib və nikahda olduğu müddətdə Qurban (ad şərtidir) adlı şəxslə münasibətləri yaranıb:
“Əri bacımın Qurbanla münasibətini öyrəndikdən sonra boşandılar. Bir dəfə Röya bizim evimizdə Qurbanla intim əlaqədə olanda atam görmüşdü, oğlan evdən paltarsız qaçdı. Biz polisə şikayət edəndə bacım Qurbanı könüllü qaydada evə çağırdığı barədə ifadə verdi.
Bu hadisədən sonra Röya bizi tərk edib Qurbanın ailəsi ilə yaşamağa başladı. Qurbanın telefon nömrəsini tapıb onunla danışdım və dedim ki, “qarşıma çıxmayın, əks təqdirdə ikinizi də öldürəcəyəm”.
Hadisədən iki ay sonra öyrəndim ki, Qurban bacımı döyüb, o da getməyə yeri olmadığı üçün yol kənarında dayanıb ağlayırmış. Daha sonra barışdılar”.
Ayxan Dadaşovun sözlərinə görə, bir müddət sonra Qurban barışıq məqsədilə anasını da götürüb onlara gəlib və bacısı ilə rəsmi şəkildə evlənmək istədiyini deyib:
“Fevralın 13-də Qurban valideynləri, qardaşı, bibisi və yeddi yaşlı oğlunu götürüb bizə gəldi. Atam da mənə bu işə bir ad vermək lazım olduğunu, barışmağın hər iki tərəf üçün də yaxşı olacağını dedi. Röyanın sənədlərini bizdən istədilər ki, sabah nikaha daxil olsunlar, amma mən sənədləri gizlətdim.
Qonaqlar içəridə oturub çay içirdilər, mətbəxdə tək dayanmışdım. Bu vaxt bacım yanıma gəlib məndən üzr istədi. Onu bağışlamayacağımı deyəndə qarşımda diz çökdü. Cibimdə Qurban və Röyanı öldürmək üçün gizlətdiyim bıçağı çıxarıb, onun kürəyindən vurdum.
Ölməyəcəyini düşündüyüm üçün ürəyindən bıçaqla zərbələr endirdim. Sonra bacım yerə yıxıldı və onun boğazını kəsdim. Bu vaxt Qurban içəri girdi, məni tutmağa çalışanda onu möhkəm itələdim. Üzü üstə yıxıldı, kürəyindən iki, ya da üç dəfə bıçaqladım. Məqsədim onu da öldürmək idi”.
Məhkəmədə dindirilən Qurban Babaşov (ad şərtidir) bildirib ki, Ayxanla barışmaq üçün dəfələrlə addımlar atıb:
“Röya ilə təxminən iki il əvvəl Bərdədə təsadüfən tanış olmuşduq. Mən də əvvəllər evli olub ayrılmışdım. Düşündüm ki, Röya mənə uyğun biridir və ondan xoşum gəlmişdi, əlaqə nömrəsini götürdüm. Bir neçə müddət ancaq telefonda danışdıq. Sonra Röyanı Bərdədəki evimizə gətirdim.
Röya ilə rəsmi evli olmasaq da, aramızda ər-arvad münasibəti var idi. Röyanın atasına zəng edib barışmaq istədiyimi, qızı ilə evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Röyanın səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Dadaşov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qafqazinfo
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
Ən son xəbərləri səhifəmizdən də izləyin