BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Sərkisyan və Köçəryan Haaqa tribunalına çıxarılmalıdır”

“Ağır Cinayətlər törətmiş Sərkisyan və Köçəryanın, o cümlədən işğalçı silahlı qüvvələrə rəhbərlik etmişlərin yerləri oğurluqla tikdirləkləri saraylar deyil, Haaqa tribunalının həbsxanasıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

R.Quliyev BMT-nin Təhlükəsizlik Şurasının 1993 -cü il qərarının maddələrinə diqqət çəkib:

 

 - Bilərəkdən insanı qətlə yetirmək (ermənilər minlərlə insanı qətl ediblər),

 

- qeyri insanı münasibət və işgəncə vermək (ermənilərin peşəsi),

 

- qəsdən ağır vəziyyətə salmaq, insanlara təcavüz,

 

- qeyri-qanuni özbaşına böyük masştablı dağıntılar və hərbi tələb olmadan başqasının mülkiyyətini mənimsəmək,

 

- hərbi əsirləri, vətəndaşları düşmən üçün işləməyə məcbur etmək və hərbi əsirləri normal mühakimə etməmək, qeyri qanuni deportasiya, insanları girov götürmək və sair... Yuxırada qeyd etdiyim (BMT-nin qərarı) hər bir maddəyə görə günahkar işğalçı hərbçilərin hər biri və onlara rəhbərlik etmiş prezidenlər həbs edilməli, hərbi tribunal onları mühakimə etməlidir.

 

Sərkisyan o dərəcədə harınlayıb ki, açıq aşkar Xocalı soyqırımını təşkil etdiyini hər yerdə fəxrlə deyir və hətta Vikipediyada tərcümeyi halında xüsusi qeyd edib. Belə cinayətə görə Serbiyanın prezidenti Miloşeviçi həbs etdilər.

 

Bu yaramaz insan Rusiyanın tələbi ilə zorla hakimiyyətə gətirildi. Köçəryan Putinin əmri ilə nümayişçilərə atəş açdırdı - 20-dən çox adam öldürüldü, yüzlərlə insan yaralandı (2008-ci ildə) - millətinin qanını tökməklə hakimiyyətə gəldi. 2018-ci ildə Konstitusiyada dəyişiklik etməklə idarəetmə formasını parlamentli respublika etdi. Seçkiləri saxtalaşdırıb baş nazir seçdi özünü, amma bu, uzun çəkmədi, erməni xalqı ayağa qaxdı və Sərkisyan tələm-tələsik vəzifəsindən imtina edib hakimiyyəti Paşinyana verdi. Paşinyanın rəhbərlik etdiyi Ermənistan 2020-ci ildə Azərbaycana qarşı müharibəni uduzdu. Ermənilər Rusiyanın kiçik bir ərazidə yerləşdirdiyi hərbi qüvvələrinin tezliklə oranı tərk edəcəyini bilirlər. Xankəndidə zorla saxlanılan ermənilər çox yaxın zamanda Rusiyanın əsarətindən xilas olub oranı tərk edəcəklər. Azərbaycanın qələbəsini Köçəryan və Sərkisyan adamları ilə birlikdə toy bayram edirdilər, nəhayət Paşinyana qalib gələvəklərinə inanırdılar. Rusiyanın külli miqdarda qoyduğu maliyyədən Köçəryan və Sərkisyana xeyri olmadı, onlar iki dəfə az səs topladılar, lovğa lovğa danışan Sərkisyan cəmi 5 faiz səs topladı. Bu, bir daha Sərkisyanın tək beynəlxalq aləmdə deyil, öz xalqı arasında da düşmən olmasının real  göstəricisidir. Azərbaycan hər iki cinayətkarın Haaqa tribunalı tərəfindən həbs olunmasına nail olmalıdır. Haaqa məhkəməsi qərar çıxararsa, Paşinyan onları məmuniyyətlə məhkəməyə verəcək, necəki serblər Miloşeviçi verdilər”.

Tarix: 24 Oktyabr 2021, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin