BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Muradoğlu vəfat etdi

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.

Pravda.az xəbər verir ki, alim 66 yaşında dünyasını dəyişib.

N.Muradoğlu 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutunda çalışırdı.

N.Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

N.Muradoğlu “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi.

Allah rəhmət eləsin!

Tarix: 24 Oktyabr 2021, 23:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin