BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktrisa itkin düşdü

Keçmiş SSRİ-nin tanınmış aktrisası, Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya paytaxt Moskvada itkin düşüb.

 

Pravda.az xəbər verir ki, məlumatı TASS yerli hüquq-mühafizə orqanlarına istinadən yayıb.

 

Oktyabrın 21-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Aktrisanın yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, S.Svetliçnaya 1940-cı ildə anadan olub. O, çoxsaylı filmlərdə rol alıb. Aktrisanın oynadığı ən məşhur filmlərdən biri də “Briliant əl” kino-komediyasıdır. S.Svetliçnaya bu filmdə Anna Segeyevna rolunu canlandırıb.

 

Report

Tarix: 25 Oktyabr 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin