BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan və Ermənistan sərhədlərinin 1920-ci illərin xəritələrinə əsaslanması Azərbaycanın maraqlarına xidmət edir" - RƏY

"Azərbaycan və Ermənistan sərhədlərinin 1920-ci illərin xəritələrinə əsaslanması Azərbaycanın maraqlarına xidmət edir. Ümumiyyətlə, sərhədlərin delimitasiya və demarkasiyası həll olunması vacib olan məsələlərdəndir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.



 

Deputat bildirib ki, son günlər Ermənistanın siyasi rəhbərliyindən müəyyən mənada müsbət reaksiyalar hiss edilir: "Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevlə görüşmək istədiyi də bəllidir. Sosial şəbəkələrdə də qeyd olunur ki, noyabr ayının ilk on günlüyündə Prezidentlərin görüşü baş tuta və bir sıra vacib sənədlər imzalana bilər. Həmin sənədlərdən biri də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, imzalanması proqnozlaşdırılan sənəd Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasını müəyyən edəcək. Ehtimal olunur ki, sərhədlər 1920-ci illərin xəritələrinə əsaslanacaq. Rusiya Prezidenti Vladimir Putin də ötən gün bir çıxışı zamanı bu barədə məlumat verib".


Nəzrin Cavid

Tarix: 25 Oktyabr 2021, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin