BURADA REKLAMINIZ OLA
BİLƏR

Yük maşını sərnişin avtobusuna çırpıldı - VİDEO

Rusiyanın Kemerovo vilayətində yük maşını ilə sərnişin avtobusu toqquşub.

 

Life.ru xəbər verir ki, qəza nəticəsində iki sərnişin hadisə yerində həlak olub, 13 nəfər isə xəstəxanaya yerləşdirilib. Ümumilikdə, avtobusda 49 sərnişinin olduğu bildirilir.

 

İlkin versiyaya görə, yük maşınının sürücüsü idarəetməni itirərək, qarşı yola çıxıb və əks istiqamətdə gələn sərnişinlə dolu avtobusa çırpılıb.

 

Tarix: 9 Fevral 2020, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin