BURADA REKLAMINIZ OLA
BİLƏR

Sülhəddin Əkbər yenidən sədr seçildi

Oktyabrın 24-də Azad Demokratlar Partiyasının (AzDP) növbəti II Qurultayı keçirilib.

 

Təşkilatdan verilən məlumata görə, videokonfrans formatında keçirilən Qurultayda öncə AzDP sədri, Siyasi Şurası və MTK-sının hesabatları dinlənilərək qənaətbəxş hesab edilib.

 

Qurultayda Sülhəddin Əkbər yekdilliklə yenidən partiya sədri seçilib.

 

Daha sonra 21 nəfərdən ibarət Siyasi Şura və 5 nəfərdən ibarət Mərkəzi Təftiş Komissiyası (MTK) formalaşdırılıb. Məlumatda qeyd olunur ki, tərkibi əhəmiyyətli dərəcədə yenilənən Siyasi Şuraya ikisi qadın olmaqla, 9 yeni üzv seçilib.

 

Sonda Azad Demokratlar Partiyasının qlobal, regional və ölkədaxili durumla bağlı bəyənatı qəbul edilib, eyni zamanda yeni mərhələdə partiya qarşısında duran əsas vəzifələr müəyyən edilib.

Tarix: 25 Oktyabr 2021, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin