BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması narahatlıq doğurur" - DTX rəisi

"Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi narahatlıq doğuran məsələlərdən biridir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində çıxışı zamanı deyib.

 

DTX rəisi həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.

 

Ə.Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib.

Tarix: 26 Oktyabr 2021, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin