BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri Azərbaycan və Türkiyə arasındakı siyasi birliyin təzahürüdür” - RƏY

“Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuliyə səfər gəlib. Ərdoğanın Qarabağa bugünkü səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı çox mühüm hadisədir. Bu səfəri beynəlxalq səviyyədə dünya ictimaiyyətinə verilən mesaj kimi qiymətləndirmək olar. Ərdoğanın bugünkü səfəri qələbədən sonra baş tutan üçüncü səfərdir. Səfər Azərbaycan və Türkiyə arasındakı siyasi birliyin təzahürüdür. Türkiyə-Azərbaycan münasibətlərində iki dövlət başçısının şəxsi münasibətlərinin də rolu mühümdür”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuliyə səfəri barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanı həm mənəvi-psixoloji cəhətdən, həm də Prezident İlham Əliyevin apardığı informasiya müharibəsində tam dəstəkləyib: “Ərdoğanın təklifi ilə altılıq platforma ideyası regional və qlobal təhlükəsizliyə zəmin yaradacaq, təhdidlərin qarşısını ala biləcək mühüm amildir. Bu, ilk növbədə Ermənistanın və digər platforma üzvü olacaq dövlətlər üçün əhəmiyyətlidir. Türkiyənin təklif etdiyi altılıq platformanın fəaliyyəti nəticəsində dəhlizlərin açılması, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələləri, hətta sərhədlərin açılması məsələsi burada öz həllini tapa bilər. Türkiyənin Azərbaycanın daim yanında olduğunu unutmaq olmaz. Türkiyə NATO blokuna daxil olan bir dövlət kimi də istər türk və müsəlman dünyasında, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman ölkəmizə mənəvi  və siyasi dəstəyini nümayiş etdirir. Türkiyə-Azərbaycan münasibətlərində iki dövlət başçısının şəxsi münasibətlərinin də rolu mühümdür. Xarici siyasətdə dostluğun ümumi maraqlardan başladığını desək də, Azərbaycan-Türkiyə münasibətləri timsalında sübut edə bilər ki, “iki dövlət, bir millət” olmaq mümkündür. Azərbaycanın qələbəsi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirdi, Bakı və Ankara arasındakı münasibəti beynəlxalq layihələrin icrasına - logistika, turizm, birgə platformaların yaradılmasına yönəltdi. Biz beynəlxalq layihələrin uğurlu icrasının şahidiyik. Türkiyə Prezidentinin Qarabağa bugünkü növbəti səfəri də Azərbaycan və Türkiyə münasibətlərinin yalnız artan xətlə inkişaf etdiyini təsdiq edir”.

 

Nəzrin Cavid

Tarix: 26 Oktyabr 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin