BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ərdoğanın Füzuliyə gəlişi Qarabağ məsələsində Türkiyənin bir daha Azərbaycanın yanında olduğunu göstərir” – GAP sədrinin müavini

“Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuliyə səfər gəlib. Onun birbaşa işğaldan azad olunmuş əraziyə  gəlişi həm də rəmzi məna daşıyır. Fikrimcə, Ərdoğanın Füzuliyə gəlişi Qarabağ məsələsində Türkiyənin bir daha Azərbaycanın yanında olduğunu göstərir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri müavini Aslan Həmidli bildirib.

 

A.Həmidli qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq, əməkdaşlıq fonunda inkişaf etməsi regionda sabitliyi və təhlükəsizliyi təmin edən əsas amillərdən biridir: “Ərdoğanın məhz Füzuliyə gəlişi həm də azad olunmuş ərazilərin təhlükəsizliyinin qardaş ölkə üçün önəm daşıdığını açıqca bəlli edir. İki dövlət arasındakı qardaşlıq, səmimi münasibət yüksək səviyyəli əməkdaşlıq əsasında daha da güclənməkdədir. Bu, digər ölkələr üçündə nümunə olmalıdır”.

Tarix: 26 Oktyabr 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin