BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: “Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz”

"Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.

 

Daha sonra R.T.Ərdoğan soruşub: "Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz".

 

S.Məmmədov isə cavabında deyib: "Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".

Tarix: 26 Oktyabr 2021, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin