BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ərdoğanın Füzuliyə səfəri hər iki ölkənin daxilindəki və xaricindəki düşmənlərinə tərs şapalaqdır” - RƏY

“Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Açılış tədbirini Azərbaycan və qardaş Türkiyə Respublikasının Prezidentləri birgə həyata keçirib.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin birbaşa Füzuli Beynəlxalq Hava Limanına enişiylə həyata keçirilən bu rəsmi açılış mərasimi bütün dünyaya "Şuşa Bəyannaməsi" ilə möhkəmləndirilən Türkiyə-Azərbaycan ittifaqının gələcək hədəflərinin vahidliyinin növbəti aydın mesajı, eyni zamanda hər iki ölkənin daxilindəki və xaricindəki düşmənlərinə tərs şapalaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

 

Partiya sədri vurğulayıb ki, bu limanın açılışının iqtisadi əhəmiyyətindən daha önəmlisi onun hərbi-siyasi əhəmiyyətidir: “Şuşa Bəyannaməsi”ni anlamayan onu da anlamaz! Əminəm ki, Füzuli Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş ərazilərin iqtisadi-siyasi inkişafında olduqca böyük və əhəmiyyətli rolu olacaq. Bu hava limanı bölgənin inkişafını sürətləndirərək gələcəkdə böyük turizm mərkəzinə çevirəcək. Layihənin qısa müddətdə həyata keçirilməsi bu səbəbdən də əhəmiyyətli idi. Bunları anlamayan və ya görməzdən gəlməyə çalışanlar, sadəcə, ölkənin inkişafını həzm edə bilməyənlər ola bilər. Bu böyük, zəfər dolu yolda dövlətimizə və millətimizə uğurlar diləyirəm. Tanrı yardımçımız olsun!”

Tarix: 27 Oktyabr 2021, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin