BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Prezidenti: “Mənim kitabımda geri addım atmaq yoxdur”

“Mənim kitabımda geri addım atmaq yoxdur”.

 

Pravda.az "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

O, jurnalistin “xarici KİV-də Ərdoğan böhrandan qaçdı, geri addım atdı” kimi manşetləri necə dəyərləndirirsiniz” sualına belə cavab verib: “Mən necə geri addım atdım? Mən hücumdayam. Mənim kitabımda geri addım atmaq yoxdur”.

 

"Mənim hər hansı gözləntim yoxdur. Sadəcə bir gözləntim var - biz bildiyimizi oxuyuruq. Avropa Şurası bildiyin oxuyur-oxusun. Onlar nə oxuyacaq, dinləyib, görəcəyik. Avropa İnsan Hüquqları Məhkəməsininkini də, Şuranınkını da dinlədikdən sonra üzərimizə düşəni edəcəyik. Əgər nə lazımdırsa, onu da edəcəyik. Türkiyə Cümhuriyyətinin Prezidenti olaraq üzərimə düşən vəzifəni yerinə yetirirəm. O, nə deyər, bu nə deyər. Bunların heç birinə baxmaram. Bu, aldığım tərbiyə, yetişdiyim həyat tərzidir. Ölənə qədər də eyni ilə belə davam edəcəyəm", - dövlət başçısı vurğulayıb.

Tarix: 27 Oktyabr 2021, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin