BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan və havadarları Azərbaycan və Türkiyə dövlət başçılarının fikirlərini diqqətlə dinləyib, dərs çıxarmalıdırlar” - RƏY

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri bir daha sübut etdi ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır. Cənab Ərdoğan səfər zamanı cırtdan dövlət olan Ermənistana da səsləndi, bildirdi ki, əgər onlar region dövləti olaraq Azərbaycanla sülh şəraitində yaşamaq yolunu tutsalar, Ermənistan Türkiyə ilə əməkdaşlıqda da heç bir problem yaşamayacaq. Bu, bir çağırış idi. Yəni, Ermənistanın əxlaqı, tərbiyəsi və qanacağı olarsa, özünü yaxşı aparar. Əks halda, "dəmir yumruq" Ermənistanın başının üstündə olacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Qarabağa səfəri barədə danışarkən deyib.

 

 

E.Məmmədov qeyd edib ki, Ərdoğanın son bir il ərzində Azərbaycana bir neçə dəfə səfər etməsi təqdirəlayiqdir: “Ötən gün baş tutan səfərdə diqqətçəkən məqamlar daha çoxdur. İlk dəfə idi ki, cənab Ərdoğan Türkiyə Respublikasından birbaşa işğaldan azad edilmiş rayonun ərazisində qısa vaxt ərzində tikilib istismara hazır olan Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. Bu, çox vacib məqamdır. Əlbəttə ki, bu tarixi hadisə bizim dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi isə məyus edəcək. Səfər Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, birliyinin simvoludur. Diqqət edin, Prezident İlham Əliyev Türkiyə Prezidentindən xahiş etdi və Rəcəb Tayyib Ərdoğan da onun təklifini qəbul edərək Qarabağa növbəti səfərini etdi. Səfər çərçivəsində iki dövlət başçısının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu, qırmızı lent kəsildi. Bu, çox qürurverici an idi. Azərbaycan dünyaya daim öz sülhsevərliyini və qurucu dövlət olduğunu sübut edir. Ermənilərin vəhşiliyi və onların tam əksi olan Azərbaycanın xeyirxahlığı bütün dünyaya nümayiş olunur. Ötən 30 il ərzində erməni barbarlarının yıxıb talan etdiyi, dağıtdığı yerlərdə biz cəmi 8-9 ay ərzində bərpa işləri həyata keçirmiş, hətta beynəlxalq hava limanı tikmişik. Səfər zamanı daha sonra cənab Ərdoğanın Zəngilana getməsi, orada da bir sıra infrastruktur layihələrinin təqdimatında iştirak etməsi, mətbuat konfransının təşkil edilməsi və s. kimi məqamların hər biri bizi qürurlandırır. Ermənistan və bu murdar yolda onlara dəstək verənlər, havadarlıq edənlər Azərbaycan və Türkiyə dövlət başçılarının fikirlərini diqqətlə dinləyib, ondan dərs çıxarmalıdırlar”.

 

Nəzrin Cavid

Tarix: 27 Oktyabr 2021, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin