BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ və Şuşada ciddi bir "turizm partlayışı" baş verəcək, Füzulidən İstanbula gediş-gəliş olacaq" - Ərdoğan

“Qarabağ və Şuşada ciddi bir “turizm partlayışı” baş verəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.

 

Ərdoğan bildirib ki, Füzulidən İstanbula gediş-gəliş olacaq".

 

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm dəmir yol xətlərinin, həm də avtomobil yollarının çəkildiyini vurğulayıb: “İnşallah, Azərbaycanla həmrəyliyimiz bu şəkildə davam edəcək və çox qısa zamanda Azərbaycan barmaqla göstərilən ölkələr arasında öz yerini tutacaq”.

 

Türkiyə Prezidenti Azərbaycana minatəmizləmə avadanlıqlarının göndərildiyini diqqətə çatdırıb. Ərdoğan qeyd edib ki, minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək.

Tarix: 27 Oktyabr 2021, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin