BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərə baş çəkdi

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən ərazilərə baş çəkib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib.

 

 “Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinin xatirəsini dərin hüznlə yad edib”, - qeyd olunub.

Tarix: 27 Oktyabr 2021, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin