BURADA REKLAMINIZ OLA
BİLƏR

"Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək” - İran XİN başçısı

İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır.

Pravda.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır: “Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.

Tarix: 27 Oktyabr 2021, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin