BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ağır yol qəzası: "Uber taksi" aşdı - FOTO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə səhər saatlarında Nizami rayonunda qeydə alınıb.

 

Mikayıl Əliyev küçəsində “Azsamand” markalı avtomobillə “Kia rio” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü (şəxsiyyətəri dəqiqləşdirilir-red) ağır xəsarətlər alıb. Hadisə yerinə yol polisi və təcili yardım cəlb olunub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

İlkin ehtimala görə, hadisəyə “Azsamand” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Fotoları təqdim edirik
Tarix: 28 Oktyabr 2021, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin