BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat vəfat etdi

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı mərhumun oğlu Emin Musayev ictimailəşdirib.

 

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

 

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

 

1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

 

O, Birinci çağırış Milli Məclisin (1995-2000) yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini olub. 

Tarix: 28 Oktyabr 2021, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin