BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qarın hündürlüyü 42 sm oldu

Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

 

Pravda.az-ın xəbərinə görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaltanda 20 sm,  Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

 

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib.APA

Tarix: 10 Fevral 2020, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin