BURADA REKLAMINIZ OLA
BİLƏR

Aprel qazisi vəfat etdi - FOTO

2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı “Ege Hospital”da vəfat edib.

 

Qeyd edək ki, Q.Hacıyev 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.

 

Son olaraq, 2018-ci ilin oktyabrında vəziyyəti pişləşən qazimiz “Ege Hospital”a yerləşdirilmişdi. Q.Hacıyevin müalicəsi ilə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın göstəriş vermişdi. Oktyabrın 27-də qazimiz komadan ayılmışdı.Oxu.az

Fotoları təqdim edirik
Tarix: 10 Fevral 2020, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin