BURADA REKLAMINIZ OLA
BİLƏR

Metronun Həzi Aslanov stansiyasının yaxınlığında bıçaqlanma: Xəsarət alan şəxs can verdi

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

 

Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal (canvermə - red.) vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.

 

APA

Tarix: 29 Oktyabr 2021, 01:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin