BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yaşayış evində yanğın zamanı “Nissan”, “Lexus” və “Mercedes” külə döndü – onlardan biri “AA” seriyalıdır - VİDEO

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

 

Yanğına küçədəki elektrik xətlərinin birləşməsi səbəb olub. Naqillərin birləşməsi nəticəsində İslam Məmmədova məxsus fərdi yaşayış evi alovlanıb. Nəticədə ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanaraq külə dönüb.

 

Hadisə yerinə Binəqədi və Nərimanov rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alov digər fərdi yaşayın evinin həyətinə də keçib. Yanğınsöndürənlərin çevikliyi sahəsində yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Hazırda soyutma işləri həyata keçirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, küçədə olan elektrik naqillərinin üstü açıq olub.APA

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Lexus” markalı avtomobil 10 AA 161 qeydiyyat nişanlı olub.

 

Tarix: 29 Oktyabr 2021, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin