BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç kim Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə bilməz” - Elman Nəsirov

“Bu gün dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir. Ancaq Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün bir nümunədir”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, bu iki ölkənin münasibətlərinə baxdıqda “Dünyada əslində dövlətlər arasında münasibətlər necə olmalıdır?” sualına cavab tapmaq olar: “Türkiyə Ermənistanla heç bir diplomatik əlaqə saxlamayaraq, sərhədlərini bağlayıb. Vətən müharibəsi isə dostluğumuzun və qardaşlığımızın böyük sınağı oldu. Bu iki dövlət hər zaman bir-birinin yanındadır. Heç kim Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə bilməz. Postmünaqişə dövrünün problemləri ilə bağlı da biz Türkiyənin dəstəyini görəcəyik”.

Tarix: 29 Oktyabr 2021, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin