BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dəhşətli hadisə: Ata oğlunun toyuna 1 gün qalmış özünü öldürdü

Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib.

 

Pravda.az xəbər verir ki, intihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 29 Oktyabr 2021, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin