BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanıldı

İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən İlham Məmmədov saxlanılıb və izahatı alınıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.

Tarix: 29 Oktyabr 2021, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin