BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı müğənninin qızı qəzaya düşdü - VİDEO

“Şeron” qrupunun keçmiş solisti, tanınmış müğənnni İntizar Məmmədzadənin qızı qəzaya düşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə o, özü məlumat verib.

 

Sənətçi hadisənin Moskvada ticarət mərkəzlərinin birində qeydə alındığını deyib.

 

9 yaşlı Əsməray doğum günündə kartinq sürərkən divara çırpılıb. Nəticədə azyaşlının iki böyrəyi, bir dalağı və mədəaltı vəzi zədələnib.

 

Məmmədzadə qızının 4 gün reanimasiyada qaldığını, hazırda da Moskva klinikalarının birində müalicə aldığını söyləyib.

 

O, sözügedən mərkəzin təhlükəsizlik qaydalarına əməl etməyərək qızına kəmər taxılmadığını bildirib. İntizar yaxın günlərdə prokurorluğa şikayət ünvanlayacaq.Vesti.az

 

Tarix: 10 Fevral 2020, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin