BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə uşaq dünyaya gətirən 11 yaşlı qızın özü və körpəsinin durumu ilə bağlı açıqlama

Uşaq dünyaya gətirən 11 yaşlı İmişli rayon sakini olan qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.


Pravda.az xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.


Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
 


Tarix: 30 Oktyabr 2021, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin