BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qıza təcavüz edən ögey ata hər iki dünyasında layiqli cəzasını alacaq”

"11 yaşlı qızın təcavüzə məruz qalması hadisəsi olduqca üzücü və utandırıcı hadisədir. Təəssüflər olsun ki, son vaxtlar belə təcavüz xəbərlərinə kütləvi informasiya vasitələrində daha çox rast gəlinir. İstənilən halda, Azərbaycan hüquqi dövlətdir və qanunlar var. Güman edirəm ki, qızına təcavüz edən ögey ata hər iki dünyasında layiqli cəzasını alacaq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

O bildirib ki, hüquqi dövlət olan Azərbaycanda həmin şəxsin layiqli, yəni ən ağır cəzanı alması digər bu fikirdə olanlara da əsl dərs olacaq: "Etdiyi hərəkətə görə isə onu axirətdə ən ağır cəza gözləyir. Bu hadisənin ögey ata tərəfindən ailə daxilində baş verdiyinə görə ana da günahkardır. Ana mütləq ailə daxilində nə baş verdiyini, yoldaşı ilə qızının münasibətini bilməli və vaxtında tədbir görməli idi. İnşallah, məsələ qanun çərçivəsində həll edilməli və həmin şəxs ən ağır cəzanı almalıdır. Buna qətiyyən şübhəm yoxdur. İstənilən halda, bu tendensiya təhlükəli hal alır. Ona görə aiddiyyatı qurumlar Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi, icra hakimiyyətlərinin müvafiq şöbələri məsələ ilə bağlı ciddi tədbirlər görməlidirlər. Bu kimi hadisələrin qarşısının alınması üçün maarifləndirmə işini gücləndirmək lazımdır”.

 

Qeyd: Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, İmişli rayon mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair prokurorluğa məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

 

Nəzrin Cavid

Tarix: 30 Oktyabr 2021, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin