BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə XİN türk konsulu öldürən ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) türk konsulu öldürən ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

 

"Adı çəkilən terrorçu ilə bağlı qərarı terrora güzəştə gedən böyük səhv kimi qiymətləndirir və bunu pislədiyimizi bir daha vurğulayırıq. Bu cür qərarların terrorla mübarizəyə deyil, siyasi məqsədlər üçün istifadə oluna biləcək faydalı alət kimi təbliğ etməyə çalışan dairələrin gündəminə xidmət edəcəyi aydındır.

 

Şəhid diplomatımız Kamal Arıkan və erməni terror təşkilatlarının hücumlarında həyatını itirən bütün şəhidlərimizi bir daha hörmət və rəhmətlə yad edirik", - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirlib.

 

Qeyd edək ki, 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistandadır.

Tarix: 30 Oktyabr 2021, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin