BURADA REKLAMINIZ OLA
BİLƏR

“Suriyada olan PKK/YPG terror təşkilatlarına ABŞ-ın dəstək verməsindən təəssüfləndiyimizi bildirdik” - Türkiyə Prezidenti

“Suriyada olan PKK/YPG terror təşkilatlarına ABŞ-ın dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

G-20-yə üzv ölkə olaraq Türkiyəni təmsil edərək çox sayda toplantılarda iştirak etdiyini bildirən R.T.Ərdoğan son iki gündə keçirilən təkbətək zirvə görüşlərini dəyərləndirərkən ABŞ Prezidenti Co Baydenlə görüşündə bu fikirləri bildirdiyini deyib.

 

Türkiyə Prezidenti vurğulayıb ki, görüşdən sonra prosesin bu şəkildə davam edəcəyinə ümid etmir: “Bu dəstəklərin NATO ölkəsi olaraq Türkiyədə yaratdığı üzüntüləri dilə gətirdik və ABŞ-la bu məsələnin həmrəyliyimizə xələlə gətirdiyini bildirdik. Təhlükəsizlik baxımından müdafiə nazirlərimizin əlaqələrini gündəmə gətirdik”.

Tarix: 31 Oktyabr 2021, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin