Sülh və təhlükəsizlik səhəddən başlayır və idarəetmə sistemi ilə davam edir.
Putin “Valday” Forumunda çıxış edərkən Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi 1920-ci illərin hərbi xəritələri əsasında olacaq. Bu məsələsə Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib, Azərbaycanda isə hələ ki, böyük ajiotaj yaratmasa da, müzakirələr ən uc nöqtələrdə gedir – Hakimiyyətə yaxın media və rəsmilər hər şeyi ağ rəngdə, özünə müxalifət deyən marginallaşmış bir qrup isə hər şeyi qara rəngdə göstərməyə çalışır, amma həmişə olduğu kimi, həqiqət, hardasa, ortadadır.
Gəlin bir məsələni dəqiqləşdirək: Azərbaycan hərbi qələbə qazanmış tərəf kimi sülh sazişində israrlıdır və bir müqavilə ilə bütün məsələləri həll etməyi düşünür – sərhədlər dəqiqləşdirilir, kommunikasiyalar açılır, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə ölkəmizdə yaşayan erməni əsilli azərbaycanlıların (bir daha: azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, bizim hamımızı birləşdirən dəyərdir, üst kimlikdir) gələcək birgə yaşayışını Azərbaycan qanunları ilə tənzimləyəcəyinə, onların təhlükəsizliyinə zəmanət verir.
Ermənistan tərəfi isə 3 məsələni ayrı-ayrı müzakirə etməyi, razılıqların ayrı müqavilələrlə tənzimlənməsinə çalışır: Sərhədləri dəqiqləşdirmək istəyir, kommunikasiyaların açılmasında maraqlıdır, amma ərazi bütüövlüyü məsələsini sonraya saxlayıb Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların statusunu ayrıca müzakirə etməyi düşünür.
Rusiya nə istəyir: Kreml kommunikasiyaların açılmasında maraqlıdır, çünki Ermənistana alternativ və daha təhlükəsiz yol əldə edir, Ermənistanla Rusiyanı başlayan yeganə quru yolun Gürcüstan ərazisindən keçdiyini nəzərə alaraq rəsmi Tiflisdən bu məsələdə asılılığını azaltmağı düşünür. Sərhədlərin dəqiqləşdirilməsində də Rusiyanın marağı var, çünki həmən Azərbaycan-Ermənistan sərhəddini Moskva qoruma altına alacaq, regionda öz hərbi mövcudiyyətini artıracaq, gücləndirəcək. Amma rəsmi Kreml də Azərbaycanda yaşayan erməni əslilli azərbaycanlılarla bağlı məsələni açıq saxlamaqda israrlı və maraqlıdır ki, daim bu “kartdan” istifadə edib hər iki ölkəyə olan təsir rıçaqlarını əlində saxlaya bilsin. Çünki, hərtərəfli sülh sazişi olsa, Rusiyanın “sülməramlı” adlanan qüvvələrinin Xankəndi və ərtafında qalması mənasizlaşacaq. Kreml həmişə bir variantı düşünür: Sabah Azərbaycan və Ermənistan bütün məsələlərdə anlaşa bilsə, Qarabağdakı mövcudiyyətini bu gün de-facto tanıdığı qondarma rejimi sabah de-facto tanıyaraq, məhz onların tələb və xahişi ilə orada qalmağı düşünür.
Rusiya həm də ona görə SSSRİ-nin 1920-ci illər xəritəsi məsələsini ortalağı atıb ki, özü üçün yeni president yaratsın: Bir çox Rusiya torpaqlarə, o cümlədən Krım, Ukraynanın, Belarusun, Qazaxstanın bəzi bölgələri 1922-ci il, SSRİ-nin təsisdən sonra müttəfiq respublikalara verilib. İndi Azərbaycan-Ermənistan arasında 1920-ci illərin xəritəsinə əsaslanaraq sərhədlərin müəyyənləşdirilməsi, sabah Kremlə Ukrayna, Belarus, Qazaxstanla oxşar yanaşma üçün əsas yaradacaq, və ya, Kreml bu yanaşmanı yaratmağa çalışacaq.
Azərbaycana nə sərf edir: Bizə 1920-ci il xəritələri çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi sərf edir, kommunikasiyaların açılması da maraqlarımıza uyğundur, amma Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıların gələcəyi ilə bağlı məsələlərin ertələnməsi maraqlarımıza heç uyğun deyil. Yəni, orbazlı desək, bu raundu 2:1 uda bilərik, amma sonrakı raundlara hazırlaşmaq üçün artıq indiki bəsit, “təkadam” sistemindən imtina etməli, daha mürəkkəb, amma effektiv idarəetmə modeli qurmalı, yeni Konstitusiya qəbul etməklə həm hərbi qələbəni möhkəmləndirməli, həm də gələcəkdə artacaq təzyiqləri amortizasiya etmək üçün yeni, işlək institutlar yaratmalıyıq – Yeni yaradılan 11 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilir, Proporsional seçkilərlə formalaşan Parlament yaranır, sosil-iqtisadi məsələlərlə məşğul olan Hökumət Parlamnetdən çıxır, Prezidentin isə Dövlət Başçısına çevrilərək xarici siyasət, ordu, təhlükəsizlik və yeni yaradılacaq 11 inzubati ərazi vahidinə öz şəxsi nümayəndəsini təyin etmək, həmin regionlara təyin etdiyi şəxsi nümayəndələrin Azərbaycan Respublikasının Konstitusiyasına əməl etmək üçün nəzarət mexanizmləri və səlahiyyəti verir, Parlamentdən çıxan hökuməti təsdiqləyir, əgər 3 dəfə hökumətin tərkibini Dövlət Başçısı təsdiqləməsə yeni Prezident seçkiləri keçirilməsi üçün əsas yaranır.
Yeni Konstitusiya həm də yerli özünüidarə institutlarını yaradıb-gücləndirməklə xaricdən gündəmə gətirilən “status” söhbətini də bağlayacaq – Mer və Böyük Şəhər Bələdiyyəsi də statusdur, seçkili orqandır. Bütün ölkə boyu, həm də Xankəndində vətəndaşlar özlərinə Mer, Böyük Şəhər Bələdiyyəsi seçməklə idarəetmədə iştirakçılıq və status qazanacaqlar.
Bir sözlə, zaman azalır, yeni mürəkkəb, effektiv idarəetmə sistemini qurub işə salmaq üşün tələsməli və hamılıqla buna çalışmalıyıq...
Natiq Cəfərli
Ekspert
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin