BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baydenin Türkiyəyə F-16-lar verilməsi mövzusuna müsbət yanaşdığını gördüm"

“Co Baydenlə görüşümüzdə F-35 təyyarələrindən qaynaqlanan F-16-ların verilməsi mövzusunda da müzakirə apardıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Ərdoğan deyib ki, F-16-ların modernləşdirilməsi və ya yenilərinin verilməsi mövzusunda ABŞ və Türkiyə müdafiə nazirlərinin danışıqları, habelə əlaqələri davam edir.

 

Türkiyə Prezidenti Co Baydenlə təkbətək görüşünün keçirilmədiyini vurğulayıb və görüş dar çərçivədə olduğu üçün bu mövzuda qısa fikir mübadiləsi edildiyini deyib: “Cənab Baydenin F-16-lar verilməsi mövzusuna müsbət yanaşdığını gördüm”.

Tarix: 31 Oktyabr 2021, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin