BURADA REKLAMINIZ OLA
BİLƏR

Görüş zamanı Ərdoğan Baydenə Türkiyənin Vaşinqton üçün mühüm dövlət olduğunu "başa salıb"

Bizim üçün çox vacib sayılan Ərdoğan və Bayden arasında görüş başa çatıb. Hər iki liderin bu kimi görüşlərə sərf etdikləri vaxtı nəzərə alsaq, 1 saat 5 dəqiqə pozitiv məqamdır.

 

Konkret yazılı anlaşmalar olmasa da, fikir mübadiləsi və verilən qərarlar var. Düzdür S 400 ətrafında manipulyasiya hələ də bəyanatlardan çıxarılmayıb.

 

Düşünürəm ki, görüş zamanı Ərdoğan Baydenə Türkiyənin Vaşinqton üçün mühüm dövlət olduğunu "başa salıb". Rusiya və Yaxın Şərqdən gələn təhdidlərə qarşı Vaşinqton üçün məhz regionlarda real hərbi- siyasi- iqtisadi güc olan  Ankaranın köməyinə ehtiyacı olduğuna eyham vurulub.

 

Eyni zamanda , son zamanlar Makron və Rusiya lobbisinin təsirində olan qrupların "Avropa ordusu" haqqındakı çıxışları fonunda  görüş zamanı, həm Ərdoğan, həm Bayden NATO'nun bundan sonra da yeganə strateji blok kimi qalacağını bəyan ediblər. ( Düzdür, Makron Baydenlə son görüşdən sonra NATO ilə bağlı pozitiv bəyanat vermişdi).

 

Eyni zamanda, görüşdə Suriya, İraq, Ukrayna, Cənubi Qafqaz, Əfqanıstanda baş verənlər də müzakirə olunub. Çox güman ki, Türkiyə lideri Qarabağ və Zəngəzur ətrafında baş verənlər fonunda, proseslərdən  Vaşinqtonun əldə edə biləcəyi dividentlər haqqında danışıb.

 

Təbii ki, mərkəzi mövzulardan biri kürd terrorçularına ABŞ' ın davam edən hərbi- texniki və maliyə dəstəyi mövzusu olub. Çox güman ki, yardım tam dayanmasa da, bir müddət daha latent hal alacaq.

Və S 400. Belə başa düşülür ki, Türkiyə S 400'ləri almaqda davam edəcək. Pentaqon isə, Türkiyəyə F 16 ların satışını bərpa edəcək.

 

Beləliklə, Türkiyə lideri Bayden və onun administrasiyasına amerikalıların bölgədə nəyi necə etməli olduqları ilə bağlı dərs keçdi.

 

Öz növbəsində, G20 sammiti  ən optimal diskussiya platformalardan biri olduğunu təsdiqləmiş olur.

 

Zaur Məmmədov

 

Politoloq

Tarix: 1 Noyabr 2021, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin