BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Makronla Cənubi Qafqazda sülhü müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşündə Cənubi Qafqaz məsələləri ilə bağlı müzakirə aparıb.

 

Pravda.az xəbər verir ki, bu barədə G20 sammitindən sonra mətbuata açıqlamasında Ərdoğan özü məlumat verib.

 

“Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan. Altılıq olaraq addım atıb bölgəyə sülhü gətirək dedim. Bu mövzuda cənab İlham Əliyev də Ermənistana sülh təklifini edib. Gürcüstan-Rusiya arasındakı münasibətləri də müsbət mənada daha fərqli müstəviyə gətirmək işimizi asanlaşdıracaq”, - deyə Ərdoğan qeyd edib.

Tarix: 1 Noyabr 2021, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin