BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Əkbərovun general rütbəsi niyə alınmayıb? - Səbəbi açıqlandı

"Rövşən Əkbərovun general-leytenant rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

 

"Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyil. Qanunvericiliyə görə, zəruri olan hallarda, əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşsıında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb", - Baş prokuror vurğulayıb.

Tarix: 1 Noyabr 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin