BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənubi Qafqazda müsbət addımlar atılır” - Ərdoğan

G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşümüzdə Əfqanıstanda və Cənubi Qafqazda vəziyyəti müzakirə etdik.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

 

O, oktyabrın 26-da Azərbaycana səfər etdiyini Fransa Prezidentinin diqqətinə çatdırdığını qeyd edib.

 

“Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşımız bu müsbət addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”, - Türkiyə dövlət başçısı vurğulayıb.

 

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacağı təqdirdə regionda sülh platforması yaradıla bilər.

Tarix: 1 Noyabr 2021, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin