BURADA REKLAMINIZ OLA
BİLƏR

Vidadi Muradovu həbsdən buraxan hakim: "Qərar işin mahiyyətinə heç bir təsir göstərmir"

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovu həbsdən buraxan hakim açıqlama verib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev bildirib ki, V.Muradov barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir:

 

“Bu qərar işin mahiyyətinə heç bir təsir göstərmir. Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq”.

 

Qeyd edək ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarətinə verilməklə həbsdən buraxılıb.

 

Qeyd edək ki, V.Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Tarix: 1 Noyabr 2021, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin