BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, E. Olson regional əməkdaşlığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

 

Erika Olsonun Ermənistana səfəri çərçivəsində noyabrın 2-dən 4-dək ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə amerikalı həmsədr Endryu Şofer də qatılacaq.

 

E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.

Tarix: 2 Noyabr 2021, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin