BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağda erməni ordusu saxlanılmayacaq, lakin ermənilərin yaşamasına icazə veriləcək"

“Zəngəzur dəhlizinin açılmasına şübhə yoxdur. Bu istiqamətdə fikirlər uzlaşır, Türkiyənin də, Rusiyanın da fikirləri təxminən eyni kontekstdədir. Tərəflər bir araya gəldikdə ola bilsin ki, Rusiya sülhməramlıların qalma müddəti məsələsinə toxunsun, çünki sülhməramlıların bölgədə uzun müddət qalması Rusiyanın marağındadır. Lakin əlbəttə ki, Azərbaycanın buna ehtiyacı yoxdur. Sülh sazişi imzalamamışdan, delimitasiya və demarkasiyası məsələsi həll edilməmişdən qabaq Xankəndiyə tam nəzarət çətin məsələdir. Lakin məsələlər həllini tapdıqdan sonra bu, mümkündür. Onsuz delimitasiya zamanı Xankəndi Azərbaycan sərhədləri daxilinə verildikdə, sözsüz ki, əraziyə Azərbaycan nəzarət edəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib.

 

O bildirib ki, Azərbaycan və Ermənistan arasında başladılan dialoqlar müsbət yönümlü olacaq: “Tərəflər yenidən bir araya gələcək və qarşılıqlı kompromis əsasında danışıqlar aparacaqlar. Tərəflərin noyabr ayının əvvəllərində görüşəcəkləri bildirilir. Ermənistan da bu istiqamətdə müsbət addımlar atır. Masada bir sıra mövzular müzakirə predimeti ola bilər. Tərəflər əsasən kommunikasiya məsələsi üzərində fikir mübadiləsi apara və razılıq əldə edə bilərlər. Ermənistan tərəfi mina xəritələrini verməyi planlaşdırır, ancaq qarşılığında Azərbaycandakı diversantları istəyir. Zənn edirəm ki, Azərbaycan bu barədə güzəştə gedə bilər. Digər mühüm bir məsələ isə odur ki, "Dağlıq Qarabağın" statusu olmayacaq! Tərəflər delimitasiya və demarkasiya məsələsini həll etməyə çalışacaqlar. Qarabağda erməni ordusu saxlanılmayacaq, lakin ermənilərin də yaşamasına icazə veriləcək. Təbii ki, bu, özbaşınalıq formatında deyil, Azərbaycan hüquqları çərçivəsində baş tutmalıdır”.

Tarix: 2 Noyabr 2021, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin