BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda yataqxana çökə bilər - VİDEO

Sumqayıt şəhərində yerləşən 16 saylı yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, binada yaşamaq olduqca təhlükəlidir.

 

Pravda.az-ın məlumatına görə, sakinlər binada qorxa-qorxa yaşadıqlarını deyirlər.

 

Onlar iddia edirlər ki, bina hər an çökə bilər.

 

Sakinlərin sözlərinə görə, istifadədə olan ayaqyolu yararsız hala düşüb. Elektirik naqlləri insanların həyatı üçün təhlükəlidir.

 

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib. Su və işıqla bağlı mövcud çatışmazlıqların aradan qaldırılması üçün hazırda binada iş gedir. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcək.

 

Tarix: 3 Noyabr 2021, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin