BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mikayıl Cabbarov vergi sistemində qayda-qanun yaratdı, artıq “Ayın sonunda 300 min manat ödəməlisən” söhbətləri yoxdur”

“Gənc nazirlər arasında kifayət qədər təcrübəliləri var. İqtisadiyyat naziri Mikayıl Cabbarovu misal gətirə bilərəm. Əvvəllər ən çox şikayəti vergi sistemindən alırdıq. Rüşvət və korrpusiya həddindən artıq idi. Son iki ildə, demək olar, şikayət almıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

 

 

V.Əhmədov qeyd edib ki, Mikayıl Cabbarov nazir təyin edildikdən sonra bu sahədə qayda-qanun yaradıb: “Maaşlar da artırılıb. Ola bilər, aşağılarda hansısa nöqsanlar olsun, amma  “Sən ayın sonunda 200-300 min manat ödəməlisən” söhbətləri yoxdur”. Nazirdən çox şey asılıdır...”

 

Kənan

Tarix: 3 Noyabr 2021, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin