BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaşma Quşçuluq” MMC-nin əməkdaşı iş yoldaşını qətlə yetirdi

Xızı rayonunda qətl hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Xızı rayonunda yerləşən “Yaşma Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verib. Belə ki, orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Mirzəbabayev Sərxan Oktay oğlu aralarında düşən mübahisə zəminində iş yoldaşı tərəfindən bıçaqlanıb. S. Mirzəbabayev aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 3 Noyabr 2021, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin