BURADA REKLAMINIZ OLA
BİLƏR

Ofşor zonalara vəsait köçürülərkən vergi tətbiq edilməsinin səbəbi açıqlandı

“Vergi məcəlləsinə təklif edilən dəyişikliklər dövlət büdcəsindən yayındırila biləcək məbləğlərin yığılmasına yönəlib”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.

 

O bildirib ki, digər məsələlərdən biri ofşor zonalarla aparılan məlumatlardır.

 

“Fiziki şəxslərin köçürmələrinə nəzarət tətbiq edilmirdi. Ancaq görünür ki, bundan sui-istifadə halları var. Bunun qarşısını almaq üçün ofşor zonalara vəsaitlərin köçürülməsinə vergilər tətbiq ediləcək”, - deyə N. İmanov qeyd edib.

Tarix: 3 Noyabr 2021, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin